Əmisini və arvadını bir yerdə döydü - AZƏRBAYCANDA

Goranboyda döyülmə faktı qeydə alınıb.

Gunxeber.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Kələk kəndində baş verib.

1971-ci il təvəllüdlü Aqil Babayev və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Mənzurə Sarıyeva döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Babayev və M.Sarıyeva Aqilin qardaşı oğlu tərəfindən döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.