Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.
Gunxeber.Az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində Salyan şəhər sakini, 1963-cü il təvəllüdlü Axundov Aydın Sabir oğlu hadisə yerində ölüb. Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Coşqun Eldar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





