Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Gunxeber.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, avtomobil Salyan sakini, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

Faktla bağlı araşdırma aparılır.