Bakıda 20 yaşlı oğlan faciəli şəkildə ölüb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev yaşadığı Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25-dəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.