Zaqatalada baş verən ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

Gunxeber.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.

Qeyd edək ki, qəza rayonun Muğanlı kəndində baş verib. Fəryad İbrahimovun idarə etdiyi KIA markalı avtomobil yolun kənarında dayanan VAZ-2106-ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin VAZ-2106-nın sərnişini, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, KIA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.