Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gunxeber.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Ramin Əlisahib oğlu Ağabalayev istehsalat sexində qurğunun üzərindən dərinliyi təqribən 6 metr olan texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Ağabalayevi yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.








