Şəki rayonunda VAZ markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şəki-Oğuz avtomobil yolunun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili VAZ-2101 markalı digər avtomobillə toqquşub. Nəticədə VAZ-2107 yolun kənarındakı çökəkliyə düşüb.
Qəza zamanı VAZ-2101-in sürücüsü və bir sərnişin xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.














