Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib. Qeyd edək ki, o Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atasıdır.
Faktla bağlı araşdırma aparılır.






