Dekabrın 30-da saat bir radələrində Qax rayonu ərazisində VAZ-21099 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Gunxeber.Az-ın məlumatına görə, qəza nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Gunxeber.Az-a bildirilib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.