Neftçalada bədbəxt hadisə baş verib.

Gunxeber.Az xəbər verir ki, ilkin məlumata görə, rayonun II Qaralı kəndinin sakini, 2001-ci il təvəllüdlü Şəbnəm Etibar qızı Allahverdiyeva qucağında olan əkiz uşaqlarından birini – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb.

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.