Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq, bir müddət sonra vəfat edib:

“Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır”.