Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilir ki, iyulun 17-si, saat 12:00-da iki nəfər (biri kişi və digəri qadın cinsli olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Müxtəlif növ bədən xəsarəti alan şəxslərin müalicəsi davam etdirilir. Əsmər Samir qızı Məmmədlinin səhhəti ağır, Alxan Samir oğlu Məmmədlinin vəziyyəti isə qənaətbəxşdir”, – deyə məlumatda bildirilir.






