Gəncədə bədbəxt hadisə baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində işıq dirəyi aşıb və yaxınlıqda olan 15 yaşlı yeniyetməni elektrik cərəyanı vurub.
Hazırda yeniyetmənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir və müalicəsi xəstəxanada davam etdirilir.






