Sabirabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Gunxeber.Az-ın məlumatına görə, hadisəyə səbəb ər və arvad arasında yaranan münaqişə olub.
Məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə bir il əvvəl evlənib. Lakin onların arasında rəsmi nikah olmayıb. Cütlük S.Talıbzadənin ailə üzvləri tərəfindən təşkil edilən dini kəbinlə yaşayırmış.
Bir neçə gün əvvəl qadın rəsmi nikaha daxil olmaq istəyib və bu barədə həyat yoldaşına deyib. Amma S.Talıbzadə rəsmi nikaha razı olmayıb. Ər-arvadın mübahisəsi bir neçə gün davam edib və bu gün baş verən münaqişə nəticəsində S.Talıbzadə həyat yoldaşını döyərək boğub. Nəticədə, qadın hadisə yerində ölüb.
Onun öldüyünü görən əri izi itirmək üçün meyiti Kür çayına atıb və qadının intihar etdiyi barədə məlumat yaymaq istəyib. S.Talıbzadə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Lakin qadının ailə üzvləri onun qətlə yetirildiyini bildirərək, S.Talıbzadənin əməllərini ifşa ediblər.
Bundan sonra S.Talıbzadə saxlanılıb və törətdiyi cinayəti etiraf edib.
Sabirabad rayonunda qətl hadisəsi baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Gədəcühür kəndində baş verib.
Kənd sakini 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə 2006-cı il təvəllüdlü həyat yoldaşını qətlə yetirib. O, arvadını öldürəndən sonra Kür çayına atıb.
Keçirilən axtarışlar nəticəsində qadının meyiti tapılaraq sudan çıxarılıb.
Faktla bağlı cinayət işi başlanıb və S.Talıbzadə şübhəli şəxs qismində saxlanılıb.






