Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb.

Qəza zamanı motosikletlə minik avtomobili toqquşub.

Nəticədə mostosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tamerlan Tağıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.