Bakı şəhərində avtomobil maneəyə çırpılaraq aşıb.

Gunxeber.Az xəbər verir ki, sözügedən yol-nəqliyyat hadisəsi Qala-Pirallahı yolunda qeydə alınıb.

Yolun hərəkət hissəsindən keçən piyadanı vurmamaq üçün manevr edən 90-MV-949 dövlət nömrə nişanlı, “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı maneəyə çırpıb, nəticədə maşın aşıb.

Hadisə zamanı xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.