Bakıda güllələnən iki nəfərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gunxeber.Az-a bildirilib ki, oktyabrın 16-da saat 07:00-da xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Samirə Abdulla
Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.
Gunxeber.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.
Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisənin motivləri və təfərrüatı araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.






