Bakıda 49 yaşlı kişi faciəli şəkildə vəfat edib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Roman Dünyamalıyev yaşadığı 20 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinin pəncərəsindən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






