Bakıda 37 yaşlı kişi mağazada qəfil ölüb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki mağazalardan birində qeydə alınıb.

Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Seymur Məmmədov Nəsimi rayonu ərazisindəki mağazalardan birində olarkən qəfil özünü pis hiss edib. O, hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, S.Məmmədov ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.