Bərdə rayonunda bir nəfər çayda boğulub.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.

Sakinlərin bildirdiyinə görə, boğulan Nihad Əliqulu oğlu Rüstəmov əslən Ləmbəran kəndindəndir. O, bir müddət əvvəl ailəsi ilə birgə Zümürxan kəndinə köçüb.

Hazırda meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.