Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanların kimliyi məlum olub.
Gunxeber.Az xəbər verir ki, qəza zamanı Astara rayon sakini, 1961-ci il təvəllüdlü Səyarə Həsənova hadisə yerində, 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva isə xəstəxanada həyatını itirib.
Məlumata görə, qəzaya düşənlər toy məclisinə gedirdilər.
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Gunxeber.Az-ın məlumata görə, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
10-a yaxın şəxs müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə Astara-Lənkəran yolunda qeydə alınıb. Astaradan Lənkərana sərnişin daşıyan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.