Abşeron rayonunda tikintidə bədbəxt hadisə baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhəri ərazisindəki çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qeydə alınıb.
Binanın tikintisində fəhlə işləyən 1978-ci il təvəllüdlü Vüqar Cəfərov ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






