"Patı"dan dünyasını dəyişən tanınmış idmançımızın ölüm anı - VİDEO (İDDİA)

Oxunma sayı: 10
12-01-2022, 16:00

"Patı"dan dünyasını dəyişən tanınmış idmançımızın ölüm anı - VİDEO (İDDİA)


İddialara görə məşhur ağır atletimiz Allahyar Abışovun ölüm anının görüntüləri yayılıb.

Bir müddət öncə 26 yaşlı idmançının qəflətən ölümü şübhələr doğurub. Ekspertizadan sonra müəyyən olunub ki, A.Abışov “patı” kimi tanınan metamfetamindən istifadə edirmiş.

Bu barədə idmançının bacısı Rəna Abışova sportfm.az-a açıqlamasında bildirmişdi:

“Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.

Patıdan dünyasını dəyişən dünya və ölkə mükafatçısı olmuş idmançımızın ölüm anını təqdim edirik:

Paylaş
Xəbər lentİ