Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

Oxunma sayı: 65
20-04-2021, 12:01

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub


Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxslərin ciinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib.
Bu barədə "Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş
Xəbər lentİ