Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı AÇIQLANDI - RƏSMİ

Oxunma sayı: 171
24-02-2021, 11:46

Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı AÇIQLANDI - RƏSMİ


Gecədən bu saata qədər Bakıda 24 yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub:

“Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.

Paylaş
Xəbər lentİ