İtkin düşən neftçilərdən 6-sı eyni kənddəndir

Oxunma sayı: 457
15-12-2016, 10:33

İtkin düşən neftçilərdən 6-sı eyni kənddəndir

















Dekabrın 15-də "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndinin sakinləridir

Gunxeber.az xəbər verir ki, bu haqda Modern.az-a Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev məlumat verib. Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhrəmav və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının verdiyi məlumata görə, Cavid Bəhrəmovun cəsədi sudan çıxarılıb.

Paylaş
Xəbər lentİ