Bakıda oğul anasının boğazını kəsdi — Dəhşətli qətl

Oxunma sayı: 381
12-12-2016, 11:09

Bakıda oğul anasının boğazını kəsdi — Dəhşətli qətl

















Bakıda oğul anasının boğazını kəsib.

Report xəbər verir ki, hadisə Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən yaşayış evində kirayə yaşayan 45 yaşlı Bəkirova Fərqanə Ələsgər qızı oğlu ilə mübahisə edib. Nəticədə F.Bəkirova oğlunun bıçaqlı hücumuna məruz qalıb. F.Bəkirovanın boğazı kəsilib. O, digər oğlunun köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Bəkirova əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.

F.Bəkirova cərrahiyyə əməliyyatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına izahat verərkən oğlunun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini və ondan şikayətçi olmadığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş
Xəbər lentİ