Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb.

Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.