Gədəbəy rayonunda qadın dəm qazından boğulub.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Zəhmətabad kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Yaxınları onun meyitini hamamda aşkar ediblər.

Faktla bağlı araşdırmalar aparılır.