Bakının Səbail rayonunda yanğın baş verən evdən iki nəfərin yanmış meyiti tapılıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli, ikiotaqlı evin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.
Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.