Uqanda hakimiyyəti yarım milyon doza peyvəndi məhv edib

Oxunma sayı: 67
15-01-2022, 01:22

Uqanda hakimiyyəti yarım milyon doza peyvəndi məhv edib


Uqanda səlahiyyətliləri "Moderna"nın 400 min dozası olan koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv edib. TASS xəbər verir ki, bu barədə Uqandanın səhiyyə naziri Ceyn Asenq bildirib.

"Moderna" peyvəndi aşağı temperaturda saxlanılır və istifadə etməzdən əvvəl əridilməlidir", - səhiyyə naziri deyib.

Uqanda bu günə qədər 34 milyon dozadan çox peyvənd alıb, onlardan 12,2 milyonu istifadə edilib.

Paylaş
Xəbər lentİ