Vasif İmanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək və inkişaf edəcək

Oxunma sayı: 184
4-05-2021, 09:00

Vasif İmanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək və inkişaf edəcək



Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov - Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və miskin bir ölkəyə çevrilmişdir.

Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. zərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. {lkə başçısı İlham Əliyev xalqın inamına və dəstəyinə arxalanaraq böyük uzaqgörənliklə, strateji hədəfləri müəyyən edərək, siyasi qətiyyət və iradə göstərərək həm Azərbaycanda, həm Cənubi Qafqazda, həm də bölgədə və dünyada yeni reallıqlar yaradıb. Bu reallıq “Böyük Qayıdış” üçün görülən işlərdir, yeni nəqliyyat-kommunikasiya, loqistika, enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrinin həyata keçirilməsidir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, xalqımızın həyatı firavan olacaq.


Pirallahı rayonunda növbəti humanitar aksiya keçirildi

Vasif İmanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək və inkişaf edəcək


Türk Qızılayının “Qida yardımı proqramı”na Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölmələri, həmçinin Pirallahı rayon bölməsi də qoşulmuşdur. Proqram çərçivəsində, pandemiya qaydaları nəzərə alınaraq, 30 ailəyə Ramazan sovqatı paylanıldı. Rayon sakinləri bu əziz ayda onları diqqətdə saxlayan Türk Qızılayı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Pirallahı rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Vasif İmanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək və inkişaf edəcək


Pirallahı Rayon Ağsaqqallar Şurasının hesabat -seçki konfransı keçirilmişdir. Konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili-Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, millət vəkili Rauf Əliyev və bir qrup rayon ağsaqqalı iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin kiçik akt zalında baş tutan tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq, ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən danışmış, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunu vurğulamışdır.
Daha sonra söz Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədova verilmişdir. Natiq hesabat dövründə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış etmişdir. Sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılmışdır. İclasın sədri, gündəlikdə duran məsələlərin Ağsaqqallar Şurasının Əsasnaməsinin qəbul edilməsi, Pirallahı Rayon Ağsaqqallar Şurasına yeni sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Fazil Məhəmmədov rayonun ictimai həyatında fəal iştirakına görə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin sevindirici hal olduğunu vurğulamışdır.
Pirallahı rayonunu təmsil edən millət vəkili Rauf Əliyev öz çıxışında rayon yarandığı gündən etibarən aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirmiş, bu fəaliyyətdə rayon ağsaqqallarının gənc nəslin maarifləndirilməsində müsbət rolunu qeyd etmiş, Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirmişdir.
.
Konfransda Pirallahı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri seçilmişdir. Kərimov Əli Kərəm oğlu səsvermə yolu ilə Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulamışdır.

Vasif İmanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək və inkişaf edəcək
Vasif İmanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək və inkişaf edəcək

Paylaş
Xəbər lentİ