Eldar Yunusov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

Oxunma sayı: 166
16-04-2021, 11:14

Eldar Yunusov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır


HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Bağçalara ayrılan 2 milyonu Eldar Mahmudovun qohumu "yeyib"". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir.

Dövlətimiz uşaq bağçalarına xüsusi diqqət yetirir. İri şəhərlər daxil olmaqla, Azərbaycanımızın bir çox rayonlarında müasir standartlara cavab verən bağçalar tikilib istifadəyə verilmişdir. Müasir bağçalar köhnə bağçalardan tamamilə fərqlənir. Bu bağçalarda uşaqlar üçün hər cür şərait yaradılıb.

Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.

Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Paylaş
Xəbər lentİ