Sabunçuda vandalizm: bələdiyyə işçiləri itləri diri diri yandırır

Oxunma sayı: 461
22-12-2016, 13:18

Sabunçuda vandalizm: bələdiyyə işçiləri itləri diri diri yandırır

















Sabunçu rayon Balaxanı bələdiyyədiyyəsi ilə bağlı sosial şəbəkədə ilginc iddia səsləndirilib.

Ruslan Qara adı ilə yayılan həmin məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq :

“Gördüyünüz bu itin üstünə Sabunçu rayonu Balaxanı bələdiyyəsinin işçiləri salyarka töküb diri-diri yandırmaq istəyiblər. İt qaçıb canını qurtara bilib. Sakinlərin dediklərinə görə bələdiyyə işçiləri neçə sağlam iti başına kubik vuraraq, yandıraraq öldürüblər.
Hadisə ilə bağlı 012 451 18 00 bələdiyyə ilə əlaqə saxladıq . Dəstəyi götürən Arazxanım adlı məsul şəxs iradlarımıza qarşılıq cavabında “Yaxşı edirik öldürürük, nə qədər var hamısını eyni üsulla məhv edəcəyik.” – dedi. Quduz, yoluxmuş olan itləri anladıq, müalicə etməyə pulunuz yoxdur ya bacarmırsınız müalicə etməyi.
Bəs sağlam itləri niyə məhv edirsiniz? Onlar da canlıdır, onların da yaşamaq haqqı var! Paylaşaq dəstək olaq ki, aidiyyatı qurumlar məsələ ilə bağlı ölçü götürsünlər”.

Paylaş
Xəbər lentİ