Günay Ağamalı Ana Vətən Partiyasının Sədri seçildi.
GUNXEBER.Az olaraq sevinc hissi ilə xəbər veririk ki, deputat Günay Ağamalı rəsmi olaraq Ana Vətən Partiyasının yeni sədri seçilib.Qeyd edək ki, partiyanın sədri vəzifəsini əvvəllər onun atası, eks-deputat Fəzail Ağamalı icra edirdi.
Bu gün keçirilən rəsmi prosedurlardan sonra Günay Ağamalı partiyanın rəhbərliyini öz üzərinə götürüb.Yeni sədrlik təyinatı partiya üzvləri və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Günay Ağamalının rəhbərliyi altında partiyanın gələcək fəaliyyətinə böyük ümidlər bəslənir.
GUNXEBER.Az olaraq Günay Ağamalını yeni vəzifəsi münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq.






