Göygöldə 40 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayon Mollacəlilli kəndi ərazisindəki dərədə meyiti aşkarlanan şəxsin qətlində şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





