Gəncədə quyu qazıntısı zamanı baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Gunxeber.Az-a verilən məlumata görə, hadisə ilə əlaqədar fevralın 2-si saat 17:00-da 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir”.