Gədəbəy rayonunda yeniyetmə oğlan dəm qazından boğulub.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Arıxdam kəndində baş verib.

Kənd sakini, 2014-cü il təvəllüdlü S.Bayramov axşam saatlarında evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.