Qarabağ və İstanbul Texniki universitetləri arasında elm və təhsildə yeni strateji əməkdaşlıq mərhələsi başlayır
Gunxeber.Az məlumat verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin, pedaqoji heyət və/və ya tədqiqatçı alimlərin qarşılıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti üzrə əməkdaşlıq, elmi materiallar və informasiya mübadiləsi, qarşılıqlı maraq doğuran sahələrdə ikili diplom proqramlarının hazırlanması, Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirməsi və idarə edilməsi nəzərdə tutulur.






