Venesiya kinofestivalının bir çox daimi ziyarətçiləri və iştirakçıları, akkreditə olunmuş jurnalistlər festivalın serverlərinə kiberhücum və kütləvi məlumat sızması barədə həyəcan bildirişi alıblar.
Bu barədə Gunxeber.Az rg.ru-ya istinadən xəbər verir.
Yayılan məlumatlar arasında ƏDV-nin qaytarılması hüququ olan şəxslərin adları və əlaqə məlumatları, e-poçt və yaşayış ünvanları, telefon nömrələri və hətta vergi kodları var.
Festival rəhbərliyinin sözlərinə görə, səlahiyyətli orqanlar dərhal məlumatlandırılıb və bərpa işlərinə başlanılıb.






