Almaniyanın “Bosch” şirkəti 2027-ci ilin sonuna qədər süni intellekt texnologiyalarının inkişafı və tətbiqinə 2.5 milyard avrodan çox investisiya qoymağı planlaşdırır.
Gunxeber.Az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, məişət texnikası ilə yanaşı avtomobil komponentləri də istehsal edən “Bosch” şirkəti Las-Veqasda keçirilən CES 2026 sərgisində süni intellekt əsaslı yeni sistemlərini təqdim edib.
Bu sistemlər avtomatik parklanma axtarışı, eləcə də ətraf mühitin və hərəkətin tanınmasını yaxşılaşdırmaq üçün yeni sensorlar xətti kimi funksiyalara malikdir.
Şirkət bildirib ki, 2030-cu illərin ortalarına qədər proqram təminatı, sensor texnologiyaları, yüksəkperformanslı hesablama sistemləri və şəbəkə komponentlərinin satışından 10 milyard avrodan çox gəlir əldə olunacaq.