Meksikadakı zorakılıq problemi əsasən ABŞ-dən qanunsuz silah idxalı ilə bağlıdır.
Gunxeber.Az TASS-a istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Klaudia Şeynbaum mətbuat konfransında bildirib.
“Ortaq məsuliyyət, hörmət və qarşılıqlı etimaddan danışarkən, ölkəmizdə yaşadığımız zorakılığın ABŞ-dən Meksikaya qanunsuz olaraq yüksək kalibrli silah idxalı nəticəsində baş verdiyini açıq şəkildə bildirmək lazımdır”, – deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Meksikanın prioriteti zorakılığın azaldılması və öz ərazisində davamlı sülhün qurulmasıdır.
Şeynbaum vurğulayıb ki, Meksika təhlükəsizlik problemlərinin güc tətbiqi ilə deyil, köklü səbəblərin – inkişaf, təhsil və sosial rifahla bağlı çətinliklərin həlli ilə aradan qaldırılmasının tərəfdarıdır.