ABŞ-nin Minneapolis şəhərində sərhəd patrulu silahlı şəxsə atəş açıb.
Gunxeber.Az xəbər verir k, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Zərərçəkənin vəziyyəti barədə hələlik heç bir məlumat yoxdur. Minnesota qubernatoru Tim Uolts bildirib ki, o, artıq Ağ Evlə Minnesota ştatındakı atışmanı müzakirə edib.
Qeyd edək ki, Minneapolisdə vəziyyət yanvarın 7-də sənədsiz miqrantların axtarışı zamanı baş verən atışmadan sonra gərginləşib.
Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları yolun ortasında dayanan avtomobildə olan bir qadından nəqliyyat vasitəsindən düşməsini tələb ediblər. Maşın irəliləməyə başlayanda zabitlərdən biri sürücüyə atəş açıb. Qadın aldığı xəsarətlərdən ölüb.