Milli Azərbaycan Tarixi Muzeyində tanınmış memar, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar incəsənət xadimi Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mikayıl Useynovun yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.Tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, muzey əməkdaşları və KİV-lər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin Vətən Müharibəsi fondunun mütəxəssisi Gülnar Fərhadova Mikayıl Useynovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.Sonra çıxış edən Yasamal rayon mərkəzləşdirilmiş Kitabxana sisteminin informasiya resurs şöbəsinin müdiri Təranə Heydərova, Azərbaycan Respublikasının “Qızıl Qələm” mükafatı laurenti Səriyyə Məmmədova, “Simurq”Assosiyasının prezidenti, kulturoloq, professor Fuad Məmmədov, sənətşünas Seymur Elsevər tanınmış memar Mikayıl Useynovun Azərbaycanın mədəni irsinə və inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd ediblər ki, Mikayıl Useynovun həm elmi yaradıcılığı, həm də pedaqoji fəaliyyəti ilə Azərbaycan memarlığının formalaşmasında böyük iz qoyub.Daha sonra Mikayıl Useynovun qohumu, professor, geoloq Rauf Nadirov memarın ailəsi və əcdadları haqqında danışıb.Sonda Mikayıl Useynovun varisi Zülfiyyə Əliyeva tədbirin təşkilatçılarına, xüsusilə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya öz təşəkkürünü bildirib.


















