Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü saxlanıldı.

Gunxeber.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan fakt təsdiqlənib.

Qeyd olunub ki, VAZ-2106 markalı 62-BO-492 dövlət nömrə nişanlı avtomobilin sürücü 1968-ci il təvəllüdlü Fikrət Mahmud oğlu Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.