Yevlaxda traktor aşıb.

Gunxeber.Az-ın “Unikal”a istinadla məlumatına görə, hadisə Energetiklər yaşayış massivində baş verib.

Hadisə nəticəsində traktorda olan iki nəfərdən biri nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Traktordakı digər şəxs isə yaralı halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.