Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə restoranın birində baş verib. Şəhər sakini Şahid Ehtibar oğlu Qəhrəmanlı ilə tanışı Sənan Sahil oğlu İsmayılov arasında mübahisə baş verib. Mübahisə nəticəsində Ş.Qəhrəmanlı S.İsmayılovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat nəticəsində Ş.Qəhrəmanlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.