Sea Breeze kurort şəhərinin həyatında çoxdan gözlənilən hadisə baş verib. Belə ki, may ayının 18-də “Sea Breeze Marina” -nın təntənəli açılışı baş tutub.


Gunxeber.az məlumat verir ki, “Sea Breeze” şirkətinin təsisçisi və sahibi Emin Ağalarov, mənzərəli “Marina Village” yaşayış kompleksinin tikintisini həyata keçirən tərəfdaşlar Orxan Mustafayev və Arad Tevalkov qırmızı lenti kəsərək çoxdan gözlənilən layihəni təqdim ediblər.
“Bu gün biz kompleks mühəndislik strukturunu “Sea Breeze Marina” yaxta klubunun açılışını edirik. Onun üzərində son iki ildə işləyirik. Sea Breeze Marina kurort şəhərinin bütün sakinlərinin və qonaqlarının zövqünə uyğun fəaliyyət göstərəcək”, – Emin Ağalarov bildirib.
O, həmçinin Rusiyanın “Fun&Sun” tur operatoru ilə müqavilə imzaladığını açıqlayıb.


Daha sonra qonaqlar DJ CAME-dən DJ-dən, The Excellent Music Band-ın çıxışından, beynəlxalq saksafon müsabiqələrinin 12 qat prezident mükafatı laureatı, Qış 2019 festivalının iştirakçısı Elvin Salmanovun canlı musiqisindən və axşam şənlik atəşfəşanlığından həzz aldılar.

Tədbir çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyası uşaqlar üçün ustad dərsləri keçirib: gənc yaxtaçılar sahildə qısamüddətli kurs keçə və əlavə hazırlıq üçün yaxtaçılıq məktəbinə yazıla bilərdilər.


Sea Breeze Marina Azərbaycanda 60+ yaxta üçün nəzərdə tutulmuş ilk özəl yaxta klubudur. Yaxta körpüsü mənzərəli Marina Village rayonunun bir hissəsi olacaq. Sea Breeze Marina ərazisində yaxta yatağından əlavə, həmçinin gəzinti yeri, istirahət üçün panoramik yaşıl sahələr, yemək meydançaları və alış-veriş mərkəzləri də var.