Şamaxı şəhərində qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 29-da şəhər ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Şamaxı şəhərində qətl hadisəsi baş verib.
Gunxeber.Az-ın məlumatına görə, şəhər sakini, 1971-ci il təvəllüdlü Elşən Quliyev küçədə qətlə yetirilib.
İlkin ehtimala görə, E.Quliyevi kürəkəni, 1994-cü il təvəllüdlü Teymur Vüqar oğlu Əliyev ailə münaqişəsi zəminində qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanıb.






