Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində azyaşlıya qarşı seksual hərəkətlər edildiyi iddia olunur.

Gunxeber.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, 60 yaşlı kişi tərəfindən seksual qısnamaya məruz qaldığı deyilən 11 yaşlı uşaqla görüşüb.

“Azyaşlı ilə görüşdük. Psixo-diaqnostika aparıldı. Uşağın durumu pisdir – qorxu, yuxu pozuntusu, evə qapanma. Ən çox sevdiyi babasından belə qorxur. Ailənin dediyinə görə, təhqiqatçı hadisəni təsdiqləyəcək hər hansı bir sübut olmadığını bildirib”, – deyə K.Ağazadə qeyd edib.

Məsələ ilə bağlı Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, qeyd olunan məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə tibbi, məhkəmə-psixiatrik, psixoloji ekspertizalar təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı ilk məlumat AzTimes.az saytında paylaşılıb.